"Omoniya"nın futbolçusu: "Qarabağ"a qalib gəlməyə çalışacağıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah vacib oyunumuz var. Qalib gəlməyə çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Matça tam hazırıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Kipr "Omoniya"sının futbolçusu Nikolas Panayotu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
21 yaşlı yarımmüdafiəçi bildirib ki, avrokubok matçları onun üçün hər zaman önəmlidir: "Bu, uşaq yaşlarımdan mənim arzum olub. Sabah qələbə üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın kapitanı: ""Kayrat" nəzarətsiz qalanda çox təhlükəli olur"
"Düşünürəm ki, "Kayrat"la Bakıdakı oyunumuz maraqlı alındı. Komandalar eyni səviyyədə olduğundan bu cür matçlarda az səhv buraxan tərəf 3 xal götürür. Həmin vax...