“İdman TV”: “Olimpiya” - “Qarabağ” matçını yayımlaya bilmirik" - YENİLƏNİB

“İdman TV” “Olimpiya” - “Qarabağ” oyununun yayımlanmasında problem yaranması ilə bağlı məlumat yayıb.
"Əziz izləyicilər, texniki problem səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik" - deyə qeyd olunub.
***22:36
Avropa Liqasının pley-off mərhələsində keçirilən “Olimpiya” - “Qarabağ” oyununun Azərbaycanda yayımlanmasında problem yaranıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, “İdman TV” Sloveniyadakı qarşılaşmanın canlı yayımlanacağını açıqlasa da, matç göstərilmir. Bunun səbəbi bilinmir.
Sosial bəkələrdə futbolsevərlərin etirazlarına baxmayaraq, telekanal hələlik hər hansı açıqlama verməyib.
Qeyd edək ki, ilk hissəsi gedən görüşdə hesab açılmayıb.

Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...