Olimpiya çempionu dələduzluqda ittiham olunur - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Novosibirsk" Futbol Klubunun keçmiş baş direktoru, qaçış üzrə olimpiya çempionu Andrey Perlov dələduzluqda şübhəli bilinərək saxlanılıb.
BAKU.WS bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata göröə, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə bu gün günortadan sonra baxılacaq.
Perlovun cinayət işi klubun Novosibirsk vilayətində mədəniyyət və idmanın inkişafı üzrə regional proqram çərçivəsində aldığı subsidiya vəsaitlərinin oğurlanması ilə bağlıdır.
Perlov SSRİ-nin Əməkdar İdman Ustası, 50 km məsafəyə yürüşdə 1992-ci il Olimpiya Oyunlarının çempionu, Dünya Kuboku komanda yarışının ikiqat qalibi (1987, 1989), 6 qat SSRİ çempionudur.
Perlov 2020-2022-ci illərdə "Novosibirsk" futbol klubunda çalışıb.
Oxşar xəbərlər
Nazir xarici ölkələri təmsil edən azərbaycanlı idmançılardan danışdı: Onlar... - MÜSAHİBƏ
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkədə fəaliyyət göstərən dörd böyük informasiya agentliyinə müsahibə verib. “Report” müsahibəni təqdim edir:...