Oktyabr ayı üçün klubların reytinq cədvəli açıqlanıb - "Qarabağ" neçənci pillədədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın 500 klubunun qərarlaşdığı oktyabr ayının reytinq siyahısında qərarlaşan "Qarabağ" 60-cı olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri 174.75 xalla siyahının 60-cı pilləsində yerləşib.
UEFA Avropa Liqasının Liqa mərhələsində çıxış edən təmsilçimiz "Real Betis", "Feyenoord", "Leypziq", "Reyncers", "Ayaks", "Çelsi" "Napoli", "Vest Hem", "Ən-Nəsr", "Beşiktaş" kimi klubları qabaqlayıb.
Siyahıya dünyanın ən nəhəng klublarından sayılan "Real Madrid" başçılıq edir. "Kral" klubu aktivindəki 420 xalla bütün rəqiblərini üstələyir. "Mançester Siti" klubu isə 364 xalla ikinci pillədə qərarlaşıb.
İlk üçlüyü isə 119 il sonra Almaniya Bundesliqasında çempionluğunu elan edən "Bayer Leverkuzen" klubu qapayır. Xabi Alonsonun komandasının aktivində 362 xal var.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...