"O futbolçu "Real Madrid"ə yaraşmır" - Klublararası dünya çempionatı futbola vurulan zərbədir?

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda futbol məşqçisi Tural Lətifovla ABŞ-də keçirilən klublararası dünya çempionatı müzakirə edilib. Podkastda bu turnirin keçirilməsinin vacib olub-olmaması, eləcə də top-klubların bu çempionata marağının və hazırlığının hansı səviyyədə olması ilə bağlı fikir mübadiləsi aparılıb.
T.Lətifov ulduz futbolçuların nizam-intizamındakı fərqlərə də münasibət bildirərək Kriştiano Ronaldo ilə Eden Hazardı müqayisə edib.
"Mənim üçün istedad baxımından Eden Hazard Kriştiano Ronaldodan daha üstündür. O, təkbaşına 7-8 nəfəri keçə biləcək oyunçudur. Amma Ronaldo bu yaşında da yüksək səviyyədə oynamağı bacaran futbolçulardandır . Çünki o, burger yemir, şirniyyatdan uzaq durur, yəni bəzi şeyləri qurban verir", - o söyləyib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Kadi Borges: "Benfika"ya qarşı ciddi hazırlaşmışıq
"Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Benfika" ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxı...
