Çempionlar Liqası: "Nyukasl" - "Qarabağ" matçında növbəti qollar vuruldu

Çempionlar Liqası: Nyukasl - Qarabağ matçında növbəti qollar vuruldu
Canlı
İdman 135

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında növbəti qollar vurulub.

BAKU.WS-in məlumatına görə, əvvəlcə "Qarabağ"ın heyətində 51-ci dəqiqədə Kamilo Duran fərqələnib.

Ardınca Botman 52-ci dəqiqədə qol vurub və hesabı 3-1 edib.

***01:04

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

***00:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.

BAKU.WS-in məlumatına görə, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesbaı ilə üstün yollanıblar.

***00:09

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qollar vurulub.

BAKU.WS-in məlumatına görə, "Sent-Ceyms Park" stadionunda keçirilən matçın 5-ci dəqiqəsində Sandro Tonali adını tabloya yazdırıb.

Ardınca isə 6-cı dəqiqədə Joelinton fərqlənib.

***00:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) "Qarabağ" və "Nyukasl" komandaları arasında cavab matç başlayıb.

BAKU.WS-in məlumatına görə, matç "St James' Park" stadionunda keçirilir.

Qarşılaşmanı italiyan Davide Massa darə edir. Ona yan xətt hakimləri qismindəFilippo Meli və Stefano Alassio köməklik göstərir. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirir.

VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dinqert yer alır.

Son xəbərlər