Nurmaqomedov növbəti hədəfinin adını açıqladı

Nurmaqomedov növbəti hədəfinin adını açıqladı
İdman 1341
UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov növbəti hədəfinin adını açıqlayıb.BAKU.WS xəbər verir ki, rusiyalı idmançı oktaqona gələn ilin mart-aprel aylarında çıxmaq niyyətindədir. Həbib Nurmaqomedov növbəti döyüşünü isə Toni Ferqyusonla keçirəcəyini bildirib: "Çox güman ki, növbəti Ferqyuson olacaq. Digər rəqib yoxdur, o, buna layiqdir. Tonidən sonra mən Corc Sent-Pierlə də döyüşə bilərəm. Amma mən yarımorta çəkiyə qalxmayacam. Mən öz çəkimdə qalmaq, titulumu qorumaq və yüngül çəki tarixində ən yaxşı idmançı adını qazanmaq istəyirəm.Makqreqorla revanşa gəldikdə isə, bu, məndən asılı deyil, o, gərək buna layiq olsun. Konor çox şeyi xahiş edə bilər, lakin bu, heç nə demək deyil. O gərək qayıtsın və öz şansını qazansın".

Oxşar xəbərlər

Nurmaqomedov UFC-nin reytinqində ikinci oldu - SİYAHI

Nurmaqomedov UFC-nin reytinqində ikinci oldu - SİYAHI

UFC-nin yüngül çəkidə çempionu Həbib Nurmaqomedov döyüşçülərin sərbəst reytinqində ikinci yerdə qərarlaşıb. BAKU.WS xəbər verir ki, çəki və cins nəzərə alınmada...

953 İdman 17:02 09 oktyabr 2019

Son xəbərlər