“NTD-İndiqo”nun baş məşqçisi “Xəzri”yə məğlubiyyəti şərh edib
“NTD-İndiqo”nun baş məşqçisi Tahir Baxşıyev “Xəzri”yə 73:78 hesabı ilə məğlub olduqları basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal oyununu şərh edib.
“Report”un məlumatına görə, mütəxəssis matça uğursuz başladıqlarını bildirib.
T.Baxşıyev rəqibin birinci hissədə çox xal toplamasının həlledici məqamlardan biri olduğunu söyləyib: “Sonrakı üç hissədə onlara çatmağa çalışdıq. Uşaqlar əllərindən gələni etdilər.
Ancaq ilk yarıdakı hesab məğlubiyyətimizə səbəb oldu.
Bu görüşü təhlil edəcəyik. Atışlarımız yaxşı alınmadı. Çox nüanslar var idi.
Basketbolda bəzən oyun sadəcə, alınmır. “Xəzri”nin yerli oyunçuları Səid İsmayılov və Vüqar Məmişov çox yaxşı çıxış etdilər”.
Qeyd edək ki, “Xəzri” Azərbaycan Kubokunun finalına yüksəlib. Həlledici qarşılaşma aprelin 20-də keçiriləcək.
Oxşar xəbərlər
“Qarabağ” Avropada 26 ölkənin bütün klublarını qabaqlayır - ARAŞDIRMA
“Qarabağ” 2023/2024 mövsümündə milli çempionatlarda toplanılan xal sayına görə Avropada 26 ölkənin bütün klublarını qabaqlayır. BAKU.WS report-a istinadən xəbər...