Neymarla Robinyonun oğlu məşqdə dalaşdı
04
may
2026
10:37
Məşhur futbolçu Neymar ilə əfsanəvi oyunçu Robinyonun oğlu arasında gərgin anlar yaşanıb.
BAKU.WS Braziliyanın "Globo" nəşrinə istinadən xəbər verir ki, məşq zamanı gənc futbolçu Neymarı uğurla aldadaraq onu keçməyi bacarıb.
Bu epizod Neymarın xoşuna gəlməyib və o, emosiyalarına hakim ola bilməyərək rəqibinə ayaqla müdaxilə edib.
Hadisə bununla bitməyib. Robinyonun oğlu da geri çəkilməyərək Neymarı itələyib. Bu isə vəziyyəti daha da gərginləşdirib və nəticədə Neymar gənc oyunçuya sillə vurub.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb. BAKU.WS xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupu...