Nəriman üçün icazə alındı: ABŞ-yə gedir
"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə forvardın meneceri Tural Əsgərov məlumat verib.
O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: "Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, "Kolambus Kryu"nun düşərgəsinə yollanacaq".
Xatırladaq ki, "Kolambus Kryu" "Qarabağ"ın sabiq futbolçusuyla 3.5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...