Nəriman Axundzadə MLS-də DEBÜT ETDİ
21
mar
2026
23:15
Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə ABŞ futbol liqasında (MLS) debüt edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçumuz müntəzəm mövsümün 5-ci turunda "Toronto" ilə oyunun 88-ci dəqiqəsində oyuna daxil olub.
Görüş "Toronto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...