"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib
Yeniliklərdən dərhal xəbərdar olun
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniyaya 16:11 hesabı ilə qalib gəlib.
Komanda daha əvvəl Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib, Niderlanda isə 12:22 hesabı ilə uduzub.
Bununla da "Neftçi SOCAR" növbətio mərhələyə vəsiqə əldə edib. Komandanın A qrupundakı yekun mövqeyi son oyundan sonra bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.
*** 15:45
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti oyununa çıxıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Niderlanda 12:22 hesabı ilə uduzub.
Komanda bu gün Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.
"Neftçi SOCAR" günün son görüşündə, saat 16:55-də Almaniya millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.
*** 13:35
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində qarşılaşdığı Fransa seçməsini 17:15 hesabı ilə məğlub edib.
Komanda bu gün müvafiq olaraq saat 14:50-də Niderland, 16:55-də isə Almaniya seçmələri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...