"Neftçi" Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XIX turunda "Qəbələ"ni qəbul edən "Neftçi" qələbə qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Palms Sports Arena"da baş tutan matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub. Meydan sahibləri oyunu 10 nəfərlə başa vurub. 90+1-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Bu, baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında Bakı klubunun Premyer Liqada cari mövsüm ardıcıl ikinci qələbəsidir. Komanda ötən tur "Araz-Naxçıvan" kollektivini səfərdə 4:1 hesabı ilə məğlub etmişdi.
27 xala malik "Neftçi" turnir cədvəlində 7-ci pillədədir. "Qəbələ" isə 14 xalla 10-cudur.
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0), "Qarabağ" "Şamaxı"nı (2:1) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...