"Neftçi"nin yeni transferindən iddialı açıqlama: "Hər şeyimi verməyə hazıram"
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın "Neftçi" klubunun heyətinə yeni qatılan Denzel Jubitana transferi ilə bağlı ilk təəssüratını bölüşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə "ağ-qaralar"ın mətbuat xidmətinə açıqlamasında deyib.
Belçikalı vinger yaşıl meydandakı fərdi oyun üslubundan və bacarıqlarından bəhs edib:
"Ən güclü tərəflərimdən biri kreativliyimdir. Meydanda yaradıcı olmağı və sərbəstliyi xoşlayıram. Mən bu klub üçün hər şeyimi verməyə hazıram. Ən qısa zamanda görüşənədək, dostlar".
Xatırladaq ki, "Neftçi" rəhbərliyi belçikalı oyunçu Denzel Jubitana ilə ikiillik rəsmi müqaviləyə imza atıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...