"Neftçi" "Araz-Naxçıvan"a məğlub olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" Misli Premyer Liqasının XX turunda məğlub olub.
"Report"un məlumatına görə, Samir Abasovun baş məşqçisi olduğu komanda "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.
29-cu dəqiqədə meydan sahiblərinin heyətində Vanderson Melo fərqlənib. 64-cü dəqiqədə Roman Maçado fərqi artırıb. Qonaqların heyətində 67-ci dəqiqədə Filip Ozobiç adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Araz-Naxçıvan" ikinci pillədə qərarlaşıb. "Ağ-qaralar" 18 xalla yeddinci sıradadır.
Qeyd edək ki, günün və turun son matçında "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək. Əvvəlki oyunlarda "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...