“Neftçi”nin prezidenti haqqında yayılan ittihamdan danışdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Çox gülməli şeydir”.
BAKU.WS xəbər verir ki, bunu matc.az saytına müsahibəsində “Neftçi” klubunun prezidenti Kamran Quliyev deyib.
Bir müddət öncə “Neftçi” rəhbərinin futbolçu kimi qeydiyyatdan keçməsi barədə xəbərlər yayılmışdı. Bununla bağlı danışan Quliyev bildirib ki, heç vaxt qeyri-qanuni əmək fəaliyyəti olmayıb:
“1997-ci ildən adıma əmək kitabçası açılıb. Çoxları həmin vaxt heç anadan olmamışdı. O vaxtdan bəri heç yerdə qeyri-rəsmi işləməmişəm. Hətta öz biznesim olanda da direktor kimi qeydiyyatda idim. Şükürlər olsun, bu günə kimi iddia qaldıran dövlət orqanı olmayıb. Mən özüm də fotoşopda işləyə bilirəm. Fotoşopda elə sənəd düzəldərəm ki, sabah yanında Böyük Britaniya kraliçası da yazıla bilər. Bu, sadəcə, mənə atmaca idi”.
Qeyd edək ki, Kamran Quliyevin ayda futbolçu kimi təxminən 10 min manat maaş aldığına dair foto mətbuatda yayılmışdı.
Oxşar xəbərlər
“Ailəmi bura gətirməyəcəm” - Millimizin yeni baş məşqçisi - VİDEO
Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazinin “Qafqazinfo”ya müsahibəsi: - Öncə milli komandanın baş məşqçisi postuna aldığınız dəvətdən və...