“Neftçi”nin legioneri: “Yeni transfer müdafiə xəttimizə çox kömək edəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
"Höccət Azərbaycan millisinin üzvüdür. Müdafiə xəttimizə çox kömək edəcək".
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Voislav Stankoviç yeni transfer Höccət Haqverdi barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.
36 yaşlı müdafiəçi bildirib ki, cənubi azərbaycanlı oyunçu da Azər Salahlı kimi universaldır: "Həm müdafiənin cinahında, həm də mərkəzində çıxış edə bilir. Düşünürəm ki, bu dəyişikliklərin bizə faydası olacaq".
Zədə səbəbindən uzun müddət komandadan ayrı düşən serbiyalı futbolçu vəziyyətin yaxşılığa doğru getdiyini söyləyib: "Artıq komandaya qoşulmuşam, hazırlıq çox yaxşı gedir. "Sabah"la çempionat oyununa təqribən 2 həftə var. Həmin matça kimi tam hazır olacağımı düşünürəm".
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında mövsümün futbolçusu bəlli oldu
Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. BAKU.WS xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin, “Report”un informasiy...