“Neftçi”nin futbolçusu: “Helsinkidə bizi çətin oyun gözləyir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizi çətin oyun gözləyir. Çalışacağıq ki, məşqçinin tapşırıqlarını dəqiqliklə yerinə yetirək”.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Sezar Mesa Kolli Finlandiyada HİK-ə qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Yarımmüdafiəçi paytaxt təmsilçisində özünü yaxşı hiss etdiyini bildirib:
“Məşqçilər və futbolçulardan çox razıyam. Sabah da əlimdən gələni edəcəyəm ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Komandaya xeyir vermək istəyirəm”.
Qeyd edək ki, HİK – “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib – 2:2.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...