"Neftçi"nin baş məşqçisi sərt cəzalandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
BAKU.WS-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib.
"Neftçi"yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.
Bundan başqa flaqmanın baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.
Oxşar xəbərlər
Rəşad Sadıqovun köməkçisi uzun müddətli cəzalandırıldı
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu olan “Zirə” – “Keşlə” oyunu (2:3) ilə bağlı qərarlarını açıqlayıb. BAKU.WS "Oxu.a...