"Neftçi"nin baş məşqçisi: "Nəticədən narazı, oyundan isə razı qaldım" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Nəticəyə görə narazıyam. Amma oyundan razı qaldım".
Bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Bosniya və Herseqovinada "Jelezniçar"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: "Jelezniçar"ın oyununu yaxşı təhlil etmişdik. Güclü komanda olduğunu bilirdik. Rəqib bu gün çox yaxşı müdafiə olundu".
Mutu stadiondakı atmosferdən də söz açıb: "Abu-hava fenomenal idi. Uduzmadığımız üçün xoşbəxtəm. Ümid edirəm ki, bizim azarkeşlərimiz də cavab matçında eyni atmosferi yaradacaqlar".
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) - "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" Bosniya və Herseqovinadan sərfəli nəticə ilə qayıdır - YENİLƏNİB
"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb. Ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniça...