"Neftçi" və "Beşiktaş" rəhbərləri arasında rəsmi görüş olub - FOTO

Neftçi və Beşiktaş rəhbərləri arasında rəsmi görüş olub - FOTO
Foto
İdman 2

Bu gün Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçında üz-üzə gələcək "Neftçi" və Türkiyə "Beşiktaş"ının rəhbərləri arasında görüş olub

Bakı təmsilçisindən BAKU.WS-ə verilən məlumata görə, oyun ərəfəsində baş tutan rəsmi yeməkdə flaqmanın icraçı direktoru Fərrux Mahmudovla İstanbul klubunun vitse-prezidenti Engin Baltacı bir araya gəlib.

Görüşdə iki klub arasında gələcəkdə əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Sonda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər