"Neftçi" Türkiyə klubuna qalib gəlib

Neftçi Türkiyə klubuna qalib gəlib
İdman 95

Yeni mövsümə hazırlığı Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama matçını keçirib.

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşıb.

"Palandöken Yüksek İrtifa Camp Facilities"də keçirilən matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, "Neftçi" klubu ilk yoxlama matçında Superliqanın digər təmsilçisi "Alanyaspor"u 3:1 hesabı ilə məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər