"Neftçi" "Sabah"la oyundan əvvəl daha iki itki ilə üzləşib
21
yan
2024
16:35
"Neftçi"nin daha iki futbolçusu bu gün "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX tur oyununu buraxacaq.
"Ağ-qaralar"ın mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşmadan əvvəl məşq prosesində Azər Əliyevlə Kilan Lebon əzələsini dartıblar.
Paytaxt təmsilçisi daha əvvəl qapıçı Emil Balayev, yarımmüdafiəçilər Qara Qarayev və Reziuan Mirzovun görüşdən əvvəl məşqə qatılmadığını açıqlayıb.
Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı saat 16:00-da başlanacaq.
Oxşar xəbərlər
Reziuan Mirzov: “Neftçi”yə gəlmək mənim üçün prioritet idi”
“Neftçi”yə gəlmək mənim üçün prioritet idi”. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına açı...