“Neftçi” Rusiyadakı turnirə gedəcək?

“Neftçi” Rusiyadakı turnirə gedəcək?
İdman 59

“Rusiyada təşkil olunacaq turnirə gedib-getməyəcəyimizi hələlik bilmirik”.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.

O, iyulun 1-dən 15-dək Sankt-Peterburqda keçirilməsi planlaşdırılan “PARI Premyer” turnirində iştirak edib-etməyəcəklərinə yaxın günlərdə qərar verəcəklərini bildirib: “Turnirin təşkilatçıları ilə bu barədə danışacağıq. Bundan sonra klub yekun qərarını verəcək”.

Qeyd edək ki, “Neftçi” turnir çərçivəsində iyulun 1-də “Zenit” (Rusiya), 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşmalıdır. Rusiyada yerli ordu ilə “Vaqner” silahlıları arasında baş verən döyüş səbəbindən turnir keçirilməyə bilər.

Son xəbərlər