"Neftçi" Regekampfı göndərir: Baş məşqçi Bakıdakı mənzilini boşaldır
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" tezliklə baş məşqçisi Laurentsiu Regekampfla vidalaşacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı pozulması istiqamətində bir çox məsələlərdə razılıq əldə olunub. İddiaya görə, rumıniyalı çalışdırıcı tezliklə Bakıda qaldığı mənzili boşaldacaq.
Tərəflər arasında təzminat barədə danışıqlar davam edir. Regekampfın "ağ-qaralar"dan 100 000 avro tələb etdiyi, paytaxt klubunun isə bu məbləği bir qədər aşağı salmağa çalışdığı bildirilib.
Bir müddət öncə Səudiyyə Ərəbistanı klubları ilə adı hallanan təcrübəli mütəxəssisin ölkəsinə qayıdacağı gözlənilir. Onun "Styau"nın prezidenti Cici Bekali və "Universitatya Krayova"nın rəhbəri Mixay Rotaru ilə əlaqə saxlayaraq, öz xidmətlərini təklif etdiyi iddia olunur.
Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var.
Oxşar xəbərlər
“Neftçi”nin baş məşqçisi: “Bundan əvvəlki komandamdan qovulmamışam”
"Mixay Rotaru heç vaxt məni komandadan qovmayıb. Başqa səbəblər olub, sadəcə indi bu barədə danışmağın mənası yoxdur". BAKU.WS Report-a istinadla xəbər verir ki...