“Neftçi” “Qarabağ”a qarşı: “Ağ-qaralar” tilsimi qıra biləcək?

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start veriləcək.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, günün yeganə matçında “Neftçi” “Qarabağ”ı qəbul edəcək.
“Bakcell Arena”dakı qarşılaşma saat 21:00-da start götürəcək. “Ağ-qaralar” 32 xalla üçüncü pillədə qərarlaşıb. Lider “Qarabağ”ın 41 xalı var.
Buna qədər tərəflər ölkə çempionatları tarixində 89 dəfə qarşılaşıblar. Əvvəlki matçların 35-də “köhlən atlar”, 23-də paytaxt təmsilçisi qələbə qazanıb. 30 görüşdə heç-heçə qeydə alınıb.
Topların nisbətində isə “Neftçi”nin aşkar üstünlüyü var - 107:80. “Qarabağ” çempionatdakı son beş oyunda rəqibinə qalib gəlib. Əvvəlki üç qarşılaşmada hər iki komanda qol vurub.
Azərbaycan Premyer LiqasıXVI tur21:00. “Neftçi” - “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf AllahverdiyevVAR: Əliyar AğayevAVAR: Nicat İsmayıllıHakim-inspektor: Ömər Paşayev“Bakcell Arena”
Qeyd edək ki, XVI turun “Qəbələ” - “Səbail” və “Sabah” - “Şamaxı” oyunları dekabrın 3-də, “Kəpəz” - “Sumqayıt”, “Zirə” - “Turan Tovuz” görüşləri dekabrın 4-də olacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun təyinatları açıqlanıb. BAU.WS Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, “Kəpəz” – “Qarabağ” ma...
