"Neftçi" Avstriya klubu ilə oyuna hazırlaşır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" Avstriyada "Rapid" (Vyana) komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa hazırlığını davam etdirir.
BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Şamaxıda eyniadlı kollektivə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur oyununun ertəsi "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqləri bərpa edib.
Bu gün eyni məkanda baş tutmuş növbəti hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib. Məşqdə yeni transfer Vato Arveladze və "Şamaxı" ilə matçda burnundan zədə alan qapıçı Aqil Məmmədov yer alıb.
Qeyd edək ki, avqustun 11-də Vyanadakı "Alyants" stadionunda keçiriləcək "Rapid" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Qalereya
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...