Nazim Sadıqov UFC-də növbəti qələbəsini qazandı
Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıqov UFC-də daha bir uğura imza atıb.
"UFC Fight Night 251" turniri fevralın 16-na keçən gecə ABŞ-nin Las-Veqas şəhərində baş tutub. Təmsilçimiz gözoxşayan çıxışı ilə növbəti qələbəsini qazanaraq karyerasında önəmli addım atıb.
Sadıqovun bu uğuru Azərbaycan idmanının yüksəlişini bir daha sübut edir.
Yüngül çəkidə çıxış edən N.Sadıqov Braziliyadan olan İsmael Bonfim ilə qarşılaşıb.
Döyüşün birinci raundu nisbətən bərabər mübarizə şəraitində keçsə də, həlledici məqam fasiləyə az qalmış azərbaycanlı döyüşçünün Bonfimin sağ göz nahiyəsinə ayaqla zərbə endirməsi olub. Braziliyalı ilk raundun sonuna qədər tab gətirə bilib.
Birinci və ikinci raund arasında fasilə zamanı həkimlər Nazimin rəqibinin sağ gözü ilə görə bilmədiyini müəyyən etdikdən sonra döyüşü dayandırıblar.
Beləliklə, Nazim Sadıqov UFC-də 10-cu qələbəsini qazanıb.
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...