Nail Kərimov vəzifəsindən azad olundu
Yeniliklərdən dərhal xəbərdar olun
"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən bölgə təmsilçisində çalışıb.
O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
"Onun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalarımız dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb. Kərimov baş menecer kimi klubumuzla Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb."Qəbələ" İK öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayır", - klubdan bildirilib.
Oxşar xəbərlər
Fərrux Mahmudov: “Neftçi”ni layiq olduğu yerə gətirməyi düşünürük, qazanc əldə etməyi yox” - MÜSAHİBƏ + FOTO
“Uzunmüddətli planımız odur ki, “Flaqman” adı “Neftçi”yə qayıtsın. 1937-ci ildə yaradılan klubdur. Flaqman bu olmalıdır. Ayrı klubu flaqman kimi görmürəm”. BAKU...