“M.Y.” “Qalatasaray”la matça 7 itki ilə gəlir - Ulduzlar heyətdə yoxdur
UEFA Çempionlar Liqası A qrupunun 5-ci həftəsində səfərdə "Qalatasaray"ı qəbul edəcək "Mançester Yunayted" matçdan əvvəl heyətində yer almayan futbolçularını açıqlayıb.
BAKU.WS xəbər verir ki, “qırmızı şeytanlar”da heyətə 7 nəfərin adı daxil edilməyib.
İngilis nəhənginin verdiyi açıqlamada Meyson Maunt, Lisandro Martinez, Tyrell Malacia, Conni Evans, Kristian Eriksen və Kasemironun zədələri səbəbindən, Markus Raşfordun isə qırmızı kart cəzasına görə heyətdə yer almayacağı bildirilib.
Komandanın ulduzlarından olan və zədə səbəbindən bir müddət meydanlardan uzaq qalan hücumçu Rasmus Höjlundun heyətdə olacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 29-da İstanbulda reallaşacaq “Qalatasaray” – “Mançester Yunayted” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. “Sarı-qırmızılar” A qrupunda 4 xalla üçüncü, “qırmızı-şeytanlar” isə 3 xalla sonuncu – dördüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub. Qarş...