Musa Qurbanlı yeni klubunun rəsmi saytına ingiliscə müsahibə verib - VİDEO

"Qarabağ"dan İsveçin "Dyurqarden" klubuna transfer olunan Azərbaycan millisinin üzvü Musa Qurbanlı yeni klubunun rəsmi saytına ingilis dilində müsahibə verib.
BAKU.WS xəbər verir ki, 21 yaşlı forvard müsahibədə "Dyurqarden"i niyə seçdiyinin səbəbini açıqlayıb.
Qurbanlı bildirib ki, klubun onunla maraqlandığını eşidəndə əvvəlcə araşdırma aparıb:
"Başqa klublardan da maraq var idi. "Dyurqarden"i seçməyimin səbəbi odur ki, bura gələn kimi onların mənə qarşı ciddi münasibətinin, böyük marağın olduğunu gördüm. Digər klubların heç birinin marağı "Dyurqarden" qədər deyildi. Bu amil seçimimdə vacib rol oynadı".
Xatırladaq ki, Musa "Qarabağ"ın heyətində keçirdiyi 61 oyunda 31 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Həmin müsahibəni təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
