Mundial başlayır - Türkiyənin oyunlarının GÜNÜ VƏ SAATI
2026-cı il FIFA Dünya Çempionatı iyunun 11-də başlayacaq və iyulun 19-na qədər davam edəcək.
BAKU.WS xəbər verir ki, bu mundial tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə baş tutacaq və ümumilikdə 104 oyun oynanacaq.
Qruplarda 4 komanda yer alacaq. İlk iki pilləni tutanlar və ən yaxşı 8 üçüncü yer sahibi 1/16 final mərhələsinə yüksələcək.
Qruplar
A qrupu
Meksika
Cənubi Afrika
Cənubi Koreya
Çexiya
B qrupu
Kanada
Bosniya və Herseqovina
Qətər
İsveçrə
C qrupu
Braziliya
Mərakeş
Haiti
Şotlandiya
D qrupu
ABŞ
Paraqvay
Avstraliya
Türkiyə
E qrupu
Almaniya
Kurasao
Fil Dişi Sahili
Ekvador
F qrupu
Niderland
Yaponiya
Tunis
İsveç
G qrupu
Belçika
Misir
İran
Yeni Zelandiya
H qrupu
İspaniya
Kabo-Verde
Səudiyyə Ərəbistanı
Uruqvay
I qrupu
Fransa
Seneqal
İraq
Norveç
J qrupu
Argentina
Əlcəzair
Avstriya
İordaniya
K qrupu
Portuqaliya
Konqo Demokratik Respublikası
Özbəkistan
Kolumbiya
L qrupu
İngiltərə
Xorvatiya
Qana
Panama
Türkiyə millisinin oyun təqvimi
Türkiyə millisi 24 ildən sonra yenidən dünya çempionatında iştirak edəcək.
Türkiyə – Avstraliya
14 iyun 2026 - saat 06:00
Vankuver, Kanada
Türkiyə – Paraqvay
19 iyun 2026 - saat 06:00
Santa Klara, ABŞ
Türkiyə – ABŞ
25 iyun 2026 - saat 04:00
İnglvud, ABŞ
Qrup mərhələsində keçiriləcək 72 qarşılaşmanın 35-i Azərbaycan vaxtı ilə gecə 01:00-dan səhər 06:00-a qədər oynanılacaq.
Mundial harada keçiriləcək?
Turnirin açılış oyunu Meksikadakı məşhur Azteca stadionunda baş tutacaq. Final qarşılaşması isə ABŞ-nin Nyu-Cersi ştatındakı MetLife stadionunda keçiriləcək və dünya çempionu burada müəyyənləşəcək.
Türkiyə sonuncu dəfə 2002-ci il dünya çempionatında iştirak etmiş və turniri üçüncü pillədə başa vurmuşdu.
Oxşar xəbərlər
"Real Madrid" Mark Kukurelyanı transfer etdi
İspaniyanın "Real" klubu Mark Kukurelyanın transferini açıqlayıb. BAKU.WS Madrid klubuna istinadən xəbər verir ki, futbolçunun transferi barədə "Çelsi" (İngiltə...