Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb
07
fev
2020
23:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunan şahmat turniri təşkil olunub. Şahmatın rapid növü üzrə keçirilən yarışda 16 yaşadək uşaqlar və yeniyetmələr mübarizə aparıblar.BAKU.WS xəbər verir ki, yarışda 6 xalla birinci yeri Paşam Əlizadə tutub. İkinci və üçüncü yerlərə Amin Qurbanov (5,5 xal) və İsmayıl Qurbanov (5 xal) sahib olublar.
Bakı Şəhər Gənclər İdman Baş İdarəsinin, “Grandmaster” şahmat klubunun təşkilatçılığı ilə baş tutan yarışda 65 şahmatçı qüvvəsini sınayıb.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov dünya çempionatında gümüş medal qazanıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb."Report"un məlum...