Morata "Qalatasaray"a hansı şərtlərlə gəlib? - DETALLAR

İspanyalı ulduz Alvaro Moratanın "Qalatasaray"a keçidinin detalları məlum olub.
BAKU.WS xəbər verir ki, 2025-2026-cı il mövsümünün ikinci yarısına qədər həm Morataya, həm də onun klubuna 6 milyon avro ödəniləcək.
"2 fevral 2025-ci il və 20 yanvar 2026-cı il tarixləri arasında peşəkar futbolçu Alvaro Borja Morata Martinin müvəqqəti transferi üçün AC Milan SPA Club ilə razılıq əldə olunub. Müvafiq olaraq, AC Milan SPA Club-a cəmi 6.000.000 avro müvəqqəti transfer haqqı ödəniləcək. Futbolçuya 2024-2025 mövsümünün ikinci yarısı üçün 3 000 000, 2025-2026 mövsümünün ilk yarısı üçün isə 3 000 000 avro zəmanətli qonorar ödəniləcək.
Bundan əlavə, klubumuzun 15 yanvar 2026-cı il tarixinədək yazılı bildiriş verildiyi təqdirdə, 8.000.000 avro ödəməklə futbolçunun qəti transferini həyata keçirmək imkanı var. Bu haqq 6 taksitle ödəniləcək. Klubumuz 15 yanvar 2026-cı il tarixinə alqı-satqı opsiyasından istifadə etməsə, icarə müddətini pulsuz olaraq 30 iyun 2026-cı il tarixinə qədər uzatmaq imkanı var. İcarə müddəti uzadılacağı təqdirdə 2025-2026 mövsümünün ikinci yarısı üçün 3 000 000 avro zəmanət haqqı ödəniləcək", - deyə "Qalatasaray" açıqlayıb.
Oxşar xəbərlər
"Dinamo Kiyev" "Zirə"nin oyunçusu üçün 1.5 milyon avro ödəyəcək
"Zirə" klubunun futbolçu Salifu Suma üçün Ukrayna təmsilçisi "Dinamo Kiyev"dən alacağı məbləğ müəyyənləşib. BAKU.WS xəbər verir ki, Kiyev klubu 21 yaşlı hücumçu...
