Modriç: Xorvatiyanın daha irəli getməsi nəsib deyilmiş

Modriç: Xorvatiyanın daha irəli getməsi nəsib deyilmiş
İdman 45

Xorvatiya milli komandasının yarımmüdafiəçisi və kapitanı Luka Modriç 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda İtaliya ilə (1:1) keçirdikləri oyunda qaçırılan qələbədən sonra azarkeşlərə təşəkkür edib və komandanın turnirin pley-off mərhələsinə çıxma şansları haqqında danışıb.

Ulduz futbolçu növbəti mərhələyə çıxa bilmədiklərinə görə təəssüfləndiyini dilə gətirib:

"Biz bilirdik ki, azarkeşlər nə olursa olsun bizimlə olacaqlar. Onlar həmişə yanımızdadırlar və biz onlara minnətdarıq. Təəssüf ki, növbəti mərhələyə keçmək üçün qalib gələ bilmədik. Ötən dəfə 95-ci dəqiqədə qol buraxdıq, bu dəfə isə isə 98-ci dəqiqədə. Futbol qəddar bir idman növüdür və görünür, bizə bunu etmək (pley-offa çıxmaq) nəsibimiz deyilmiş".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər