Modriç "Real Madrid"lə yeni müqavilə üçün maaşının yarıbayarı azaldılmasına razılaşıb

Modriç Real Madridlə yeni müqavilə üçün maaşının yarıbayarı azaldılmasına razılaşıb
İdman 53

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç "Real Madrid"lə yeni müqaviləsi üçün maaşının ikiqat azaldılmasına razılaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Ok Diario" məlumat yayıb.

Komanda rəhbərliyi ilə danışıqlardan sonra tərəflər razılığa gəliblər ki, gələn mövsüm yarımmüdafiəçi 10 deyil, 5 milyon avro qazanacaq. 38 yaşlı Modriçlə yeni müqavilə 1 illik olacaq. Hazırkı müqavilənin müddəti iyunun 30-da başa çatır.

Ötən mövsüm Modriç "Real"ın heyətində bütün turnirlərdə 46 oyun keçirib. Onun vurduğu iki qol və yeddi məhsuldar ötürmə var.

Xorvatiyalı yarımmüdafiəçi 2012-ci ildən "Real Madrid"də çıxış edir. Komanda ilə birlikdə o, dörd dəfə İspaniya çempionatının qalibi olub, altı dəfə Çempionlar Liqasına sahib çıxıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər