Millimizdən tarixi qələbə - FOTO

Millimizdən tarixi qələbə - FOTO
İdman 1847
Kiyevdə keçirilən minifutbol üzrə Avropa çempionatında millimiz ilk qələbəsini qazanıb.Oxu.Az-ın Kiyevə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, ilk iki oyunda uduzaraq növbəti mərhələ şansını itirmiş debütant millimiz qrupun autsayderi olan Türkiyə ilə qarşılaşıb.Oyundan öncə komandalar qardaşlıq rəmzi olaraq birgə şəkil çəkdiriblər. Bundan sonra matça start verilib.Millimizin üstünlüyü şəraitində keçən matçda komandamız 6:2 hesabı ilə qələbə qazanıb. Yığmamızdan qolları Asif Zeynalov (1-ci dəqiqə), Seymur Məmmədov (17, 18, 31), Vüsal İsayev (38) və Elvin Əlizadə (40) vurublar. Türklərdən isə qol müəllifi Kaan Çamkır (18, 27) olub.Bununla da millimiz minifutbol üzrə Avropa çempionatında ilk qələbəsini qazanmaqla tarixə düşüb.Qeyd edək ki, millimiz sabah Bakı vaxtı ilə saat 20:00-da qrupda sonuncu görüşünü keçirəcək. Rəqib Serbiya millisi olacaq.BAKU.WS

Oxşar xəbərlər

Milli komandamız ilk qələbəsini qazandı

Milli komandamız ilk qələbəsini qazandı

Azərbaycan millisi bu gün Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirib. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə millimiz 3:0 hesabı ilə Orta Asiya təmsil...

1554 İdman 22:44 29 may 2018

Son xəbərlər