Millimiz Qazaxıstanla qarşılaşacaq
06
may
2024
17:12
Azərbaycanın futbol üzrə əsas milli komandasının daha bir rəqibi müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millimiz yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaq. İyunun 11-dəki matç Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
Oxşar xəbərlər
Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib - YENİLƏNİB-6
Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib. Yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib. Tofiq Bəhr...