Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığması UEFA Millətlər Liqasınının oyununda Slovakiyaya məğlub olub.
BAKU.WS-nin məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.
Koşitse şəhərindəki "Koşitse Futbol Arenası"nda keçirilən qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.
Qeyd edək ki, milli komandamız C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.
***20:59
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında ilk hissə başa çatıb.
BAKU.WS-nin məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda 2:0 öndədir.
22-ci dəqiqədə Ondrey Duda, 26-cı dəqiqədə isə David Strelec fərqlənib.
***20:33
UEFA Millətlər Liqasının Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.
BAKU.WS-nin məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci dəfə hesabı dəyişib.
26-cı dəqiqədə David Strelec komandasının üstünlüyünü möhkəmləndirib.
UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına hesab açılıb.
BAKU.WS-nin məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.
22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.
***20:15
UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına start verilib.
BAKU.WS-in məlumatına görə, C Liqasının I qrupunun görüşü "Koşitse Futbol Arenası"nda keçirilir.
Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...