"Milan"ın almaq istədiyi oyunçuya "Mançester Siti" 20 milyon dollar ödədi
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin "Mançester Siti" klubu Almaniyanın "Borusiya" (Dortmund) komandasından Manuel Akancini transfer edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrə millisinin Nigeriya əsilli mərkəz müdafiəçisi üçün qarşı tərəfə 17 milyon funt məbləğ ödənilib.
İtaliyalı jurnalist Fabritsio Romano "Tviter" hesabında qeyd edib ki, onun gəlişi ilə heç bir mərkəz müdafiəçisi (Aymerik Laport, Ruben Dias, Con Stounz və Natan Ake) klubu tərk etməyəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu İtaliyanın "Milan" klubunun da hədəfində olub. "Borusiya" Milan klubundan 13-17 milyon funt aralığında transfer məbləği istəyib.
Oxşar xəbərlər
Ronaldunun Bakıya gələcəyi tarix DƏQİQLƏŞDİ
Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bə...