Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

Mikayıl Cabbarov Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib
İdman 280

Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsi 2018-ci ildə keçmiş vergilər naziri Fazil Məmmədovun istefa verməsindən sonra vakant idi. Qurumun prezident əvəzi funksiyasını Namiq Əliyev yerinə yetirirdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər