Mikayıl Cabbarov Avropa çempionu olan Azərbaycan güləşçilərini təbrik edib

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Azərbaycanın yunan-Roma güləşçilərini Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olması münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Bu gün başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu.
Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazandı.
Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - nazir qeyd edib.

Oxşar xəbərlər
U-23 Avropa çempionatı: Azərbaycan güləşçiləri 4 medal qazanıblar - YENİLƏNİB 3
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Bakıda keçirilən U-23 Avropa çempionatının bürünc medalını qazanıb. "Report" xəbər verir ki,...