Miçel Qonsales: “Biz də “Olimpiakos”uq”

Miçel Qonsales: “Biz də “Olimpiakos”uq”
İdman 182

"Məğlubiyyəti unutmalı, qısa zamanda bərpa olunmalıyıq".

BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis bildirib ki, futbolda belə hallar olur:

"Qarşıda OFİ-yə qarşı çempionat oyunumuz var. Keyfiyyətlərini və üstünlüklərini yaxşı bildiyimiz bir rəqibdir. Amma biz də "Olimpiakos"uq. Həmişə bütün oyunlarda qalib gəlməyə çalışmalıyıq".

Qeyd edək ki, "Olimpiakos" oktyabrın 9-da Yunanıstan Super Liqasının VII turunda OFİ-nin qonağı olacaq. Pirey təmsilçisi bundan 4 gün sonra isə Bakıda "Qarabağ"la Avropa Liqasının qrup mərhələsinin IV tur oyununa çıxacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər