Məşhur Avropa klubu birdən-birə 19 futbolçusunu komandadan qovub

Məşhur Avropa klubu birdən-birə 19 futbolçusunu komandadan qovub
İdman 2695
Portuqaliyanın “Sportinq” klubunda qeyri-adi münaqişə baş verib. Lissabon klubunun prezidenti Bruno de Karvalyo 19 futbolçunu komandadan kənarlaşdırıb.Belə ki, Avropa Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə görüşündəki 0:2 hesablı məğlubiyyətdən sonra paytaxt təmsilçisinin rəhbəri sosial şəbəkədə oyunçuları sərt tənqid edib. Futbolçular da buna etiraz əlaməti kimi məşqə çıxmaqdan imtina ediblər.Onlar Karvalyonun bazaya gəlib, onlara izahat verməsi tələbini ortaya qoyub. Prezident isə buna sərt reaksiya verib. O, bütün futbolçuların – 19 oyunçunun cərimələnməsinə və komandadan kənarlaşdırılmasına qərar verib.Qeyd edək ki, “Sportinq” sabah Portuqaliya çempionatında növbəti oyununu keçirməlidir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı

“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunlarında Türkiyənin "Beşiktaş" klubu "Bavariya"nı qəbul edib.BAKU.WS-in məlumatına görə, oyun qonaql...

1113 İdman 23:25 14 mart 2018

Son xəbərlər