Meydanda kütləvi dava düşdü, futbolçu öldü

Meydanda kütləvi dava düşdü, futbolçu öldü
İdman 67

Futbolçu meydanda kütləvi davadan sonra ölüb

Paraqvayın "Nasional" klubunun San Bernardino şəhərindən olan gənc futbolçusu meydanda baş verən kütləvi davadan sonra dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Mətbuatda yayılan məlumata görə, 15 yaşlı İsmael Dominqes "Boqueron" ilə matçda klubun əsas komandasında debüt edib. Final fitinə az qalmış futbolçular arasında dava düşüb və bu, faciə ilə nəticələnib.

"Bir anda Dominqes yerə yıxılıb və bir neçə zərbə alıb, onlardan biri ölümcül olub", - deyə "Nasional" prezidenti Xose Zarate deyib.

"Nasional"ın baş məşqçisi Leonardo Vit isə deyib ki, kürəyindən zərbə alan Dominqes "huşsuz" vəziyyətdə onun qucağına düşüb:

"Bizim tibb işçiləri heyətlə birlikdə ona həqiqətən ilk yardım göstərdilər, nəfəs almırdı".

Zərərçəkmiş əvvəlcə San Pablo Xəstəxanasında müalicə olundu, oradan başqa tibb müəssisəsinə köçürüldü və orada ağır kəllə-beyin travması səbəbindən öldüyü elan edildi.

Prokurorluq gəncin ölümünün səbəblərini müəyyən etmək üçün araşdırmaya başlayıb, şübhəli şəxs qismində 14 yaşlı yeniyetmə bölməyə çağırılıb.

Son xəbərlər