Messinin poza verdiyi kubokun saxta olduğu ortaya çıxdı - FOTO

Messinin poza verdiyi kubokun saxta olduğu ortaya çıxdı - FOTO
İdman 259

Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında poza verdiyi kubokun saxta olduğu iddia edilir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, meydanda əsl kubokla yanaşı saxta kubok da olub.

Saxta kubok oyunçuların onun üzərində avtoqraf yazması üçün hazırlanıb.

Mərasim zamanı o Lionel Messinin əlinə keçib və idmançı onunla poza verməyə başlayıb. İkinci kubok həm çəkisinə, həm də xarici görünüşünə görə əslindən fərqlənməyib.

Bu anlaşılmazlıq barədə ilk dəfə argentinalı futbolçu Anxel Di Mariya məlumatlandırılıb. Ona da təhlükəsizlik xidmətinin əməkdaşları xəbər veriblər.

Məlumat üçün bildirək ki, Messinin saxta kubokla şəkili şəxsi instaqram səhifəsində 74 milyondan çox bəyənmə toplayıb.

Messinin poza verdiyi kubokun saxta olduğu ortaya çıxdı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər