Messi yenə Səudiyyəyə səfər etdi - FOTO

Messi yenə Səudiyyəyə səfər etdi - FOTO
Foto
İdman 183

Argentina millisinin və Fransanın PSJ klubunun hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanının Diryah şəhərinə səfər edib.

BAKU.WS xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında bildirib.

"Səudiyyə Ərəbistanı dövlətinin yarandığı və 300 illik tarixə ev sahibliyi edən bölgəni ailəmlə birlikdə kəşf edərək gözəl gün keçirdim", - Messi qeyd edib.

36 yaşlı hücumçunun səfərinin məqsədi hələlik bəlli deyil.

Qeyd edək ki, Lionel Messi bir müddət öncə PSJ-nin düşərgəsini icazəsiz tərk edərək Səudiyyə Ərəbistanına yollandığı üçün əsas komandadan kənarlaşdırılmışdı. Sonradan üzr istəyən "tanqoçu" əfv edilmişdi.

Təcrübəli oyunçunun Paris klubu ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər