Messi onu ən yaxşı adlandırdı: “Onunla şəkil çəkdirməyi çox istərdim”
Yeniliklərdən dərhal xəbərdar olun
Lionel Messi əfsanəvi basketbolçu Maykl Cordan haqqında fikirlərini bölüşüb.
BAKU.WS xəbər verir ki, o, “Fadeaway World”ə müsahibəsində Cordanı basketbol tarixinin ən yaxşısı adlandırıb.
"Düşünürəm ki, Maykl Cordan atletik baxımdan onların hamısından ən böyükdür. Amma onun haqqında şouya baxdıqdan və onun haqqında bir az daha çox şey öyrəndikdən sonra... The Last Dance (Chicago Bulls və Michael Jordan haqqında sənədli film) şah əsərdir, təsir edicidir”.
Futbolçunun sözlərinə görə, bu, həm də onu özünə yaxınlaşdırıb və kim olduğunu bir az daha dərk etməyə imkan verib.
"Bu dövrü şəxsən yaşaya bilməməyim çox pisdir, çünki onu sevərdim. Düzünü desəm, basketbol haqqında çox şey bilmirəm və azarkeş deyiləm, amma düşünürəm ki, bu, basketbol üçün xüsusi bir şey idi. Ona çox heyranam. Çünki bir çox insan mənimlə şəkil çəkdirmək istəyib və mən də onunla bunu etmək istərdim, bu, əla olardı", - deyə Messi əlavə edib.
Oxşar xəbərlər
Messinin dünya kubokunda geyindiyi formalar satışa çıxarılır
Argentinalı ulduz Lionel Messi futbol tarixində yeni rekord qırmağa hazırlaşır. BAKU.WS Daily Mail-ə istinadən xər verir ki, Messinin 2022-ci ildə Qətərdə keçir...