Məşhur idmançı öz avtomobilində ölümlə üz-üzə qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş Rusiya çempionu və Ryazan vilayətinin Bodibildinq Federasiyasının prezidenti Olqa Boqrunova Moskvada şəxsi avtomobilində yanmaq təhlükəsi ilə üzləşib.
BAKU.WS bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Hadisə qadın maşında siqaret yandırdıqdan sonra baş verib.
Qeyd olunur ki, 41 yaşlı Boqrunova avtomobili ilə hərəkətdə olarkən siqaret çəkmək istəyib. Güclü külək nəticəsində alov onun uzun saçlarına keçib. İdmançı üz, boyun və qollarından ağır yanıq xəsarətləri alıb.
Qadın Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib.
Məlumata görə, Olqa Boqrunova bodibildinq üzrə idman ustası, müxtəlif kateqoriyalar üzrə bir çox müxtəlif Rusiya və Avropa bodibildinq yarışlarının qalibi və mükafatçısıdır.
Oxşar xəbərlər
Bu gün "Ağ Canavar" ləqəbli tanınmış idmançının doğum günüdür
Bu gün "Ağ Canavar" ləqəbli Azərbaycanlı peşəkar kikboksçu, 28 qat dünya çempionu və bir çox titulların sahibi olan Eduard Məmmədovun doğum günüdür. BAKU.WS xəb...