Məşhur aparıcı “İdman TV”ni tərk etdi 

Məşhur aparıcı “İdman TV”ni tərk etdi 
İdman 232

Tanınmış aparıcı İsmayıl Abdullayev "İdman TV" kanalından ayrılıb.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə yazıb.

"11 illik "İdman TV" karyerama artıq son qoydum. Bu müddət ərzində qazandığım dost və qardaşlardan ayrılmağın çox çətin olacağını bilirəm.

Ən əsası, ikinci evimdən, ailəmdən uzaqlaşmaq ağırdır. Amma sizin kimi tamaşaçı, izləyici qazandığım üçün çox xoşbəxtəm.

Ümid edir və inanıram ki, bu seçimim xeyirli-uğurlu olacaq", - deyə İsmayıl Abdullayev qeyd edib.

Son xəbərlər